İraqın Kərkük şəhərində 4,8 bal gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd edilib ki, Türkiyə vaxtı ilə saat 00:43-də episentri Kərkük olmaqla 4,8 bal gücündə zəlzələ qeydə alınıb.
Hakkarinin Şemdinli rayonundan 223 kilometr aralıda baş verən zəlzələnin 7 kilometr dərinlikdə olduğu müəyyən edilib