Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 12-ci gündür ki, Ağdam-Xankəndi yolundadır.
İçərisində 40 ton un olan yük avtomobilləri avqustun 29-dan Ağdam-Xankəndi yolundakı Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.