Azərbaycan Xarici İşlər Nazirliyi Mərakeşə başsağlığı verib.
Nazirliyin “X” hesabındakı başsağlığında “Mərakeşdə baş verən zəlzələ nəticəsində insan tələfatı bizi dərindən kədərləndirdi.
Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısının tezliklə şəfa tapmasını diləyirik. Mərakeş hökuməti və xalqını dəstəkləyirik”, - yazılıb.
Xəbəri paylaş