Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İcra başçısının bu hərəkəti qınağa tuş gəldi - Hamı tənqid etdi

İcra başçısının bu hərəkəti qınağa tuş gəldi - Hamı tənqid etdi


Ucar rayonunda bu il ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilib.

məlumatı Ucar Rayon İcra Hakimiyyəti ictimailəşdirib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov iştirak edib.
 

Toplantıda qeyd edilib ki, rayonun ümumtəhsil məktəblərini bitirən 676 məzundan 253 nəfəri ali məktəblərə daxil olub. Onlardan 27 nəfəri 500-dən, o cümlədən 7 nəfəri 600-dən yuxarı bal toplayıb.

Tədbirin sonunda icra başçısı tələbələrə hədiyyələr verib.

Məlum olub ki, İcra Hakimiyyətinin “qiymətli hədiyyə” adlandırdığı bəxşiş sadəcə uşaq saatından ibarət olub. Həmin saatın satış qiyməti isə 5 manat 80 qəpikdir.
 

Həm də bu saatlar sadəcə 600-dən çox nəticə göstərmiş 7 tələbəyə verilib.


Ucar Rayon İcra Hakimiyyətinin və icra başçısının bu hərəkəti sosial şəbəkələrdə qınağa  tuş gəlib.

İctimaiyyət nümayəndələri yüksək bal toplayan tələbələrə 6 manatlıq saat kimi ucuz hədiyyələr verilməsinə istehza ediblər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də