Türkiyənin Nyu Yorkdakı Baş Konsulluğunun qarşısında müqəddəs Qurani-Kərim kitabına qarşı hörmətsizlik edilib.
Hadisə yerli vaxtla 10.46 radələrində baş verib.
Türk Evinin binasının əsas girişinin qarşısında naməlum şəxs kitabı yerə ataraq təpikləməyə başlayıb.
Türk Evinin mühafizəçiləri cəld binadan çıxıb, hadisəyə müdaxilə edib və şəxsiyyəti məlum olmayan şəxsi binanın arşısından uzaqlaşdırıblar.
Bildirilib ki, Nyu-York Polis Departamenti (NYPD) və Diplomatik Təhlükəsizlik Xidməti (DSS) hadisə ilə əlaqədar məlumatlandırılıb.