Ötən gün Azərbaycan hərbçilərinə qarşı təxribata hazırlaşan erməni silahlı terrorçularının məhv edilməsi ilə bağlı xəbər yayılıb. Bu barədə araşdırmaçı jurnalist Elçin Alıoğlu bildirib. Jurnalist sosial media hesabında qeyd edib ki, Xocavənd rayonunun işğaldan azad edilən hissəsinə daxil olmağa cəhd edən 6 erməni terrorçu zərərsizləşdirilib.
Məsələ ilə bağlı RegionTV.info-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Fəhmin Hacıyev bildirib ki, Azərbaycan hərbçilərinə qarşı təxribatın həyata keçirilməsi ilə bağlı yayılan xəbərlər yalandır. Onun sözlərinə görə, bir sıra hərbi qaynaqlara bu məlumat təsdiqləmir.
Xəbəri paylaş