Prokurorluq tərəfindən öz övladlarına qarşı zorakılıq edən və xəsarət yetirən valideynlər barəsində 19 mülki iddia qaldırılıb.
Bunu Baş Prokurorluğun “instaqram” sosial şəbəkəsindəki səhifəsində canlı yayım zamanı Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev deyib.
O bildirib ki, heç bir valideynin uşağa qarşı zor tədbiq etmək ixtiyarı yoxdur:
“Prokurorluq tərəfindən azyaşlılara qarşı törədilən bu cür əməllər xüsusi araşdırılır. Faktlarla bağlı cinayət işləri də başlanılır. Eyni zamanda prokurorluq bu tədbirlərlə yekunlaşmır. Yerli icra hakimiyyəti orqanlarına müvafiq təqdimatlar verilir və ailələrin strukturlarına xələl gətirilmədən həll olunması üçün tədbirlər keçirilir. Komissiyalar tərəfindən problemlər nəzərdən keçirilir. Eyni zamanda prokurorluq son bir neçə ildə öz övladlarına qarşı şiddət tətbiq etmiş valideynlər barəsindən 19 mülki iddia qaldırılıb”.