Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Keçmiş nazir əfsanəvi azərbaycanlını tənqid etdi: Bizdən olmağını danırdı...

Keçmiş nazir əfsanəvi azərbaycanlını tənqid etdi: Bizdən olmağını danırdı...


Əfsanəvi sovet jurnalisti və kəfiyyatçısı, “SovİnforBüro”nun eks-baş redaktoru, SSRİ-nin İtaliyadakı keçmiş hərbi attaşesi, məşhur Nürnberq məhkəməsində tərcüməçi olmuş əslən azərbaycanlı Ənvər Məmmədov ötən gün 100 yaşında vəfat edib.
Bakıda doğulmuş, gənclik illərindən isə Moskvada yaşayan Ənvər Məmmədovu Azərbaycanın ictimaiyyəti yaxşı tanımır.
Son illərədək Rusiyanın RİA Novosti informasiya agentliyində məsləhətçi vəzifəsində çalışan Ə.Məmmədovun ölüm xəbəri Azərbaycan mediasında tirajlanandan sonra onunla bağlı müxtəlif fikirlər səsləndirilir.
Kimi belə bir azərbaycanlı ilə qürur duyduğunu, kimi də onun doğulduğu ölkə üçün heç nə etmədiyini deyir.
Keçmiş rabitə naziri Sirus Abasbəyli ötən gün dünyasını dəyişən Ənvər Məmmədovla bağlı tənqidi fikirlər səsləndirib:
 

“Azərbaycanlı olaraq “SovİnformBüro”nun sədr müavini, bir cox başqa mətbu orqan və Rusiya televiziya kanallarında rəhbər vəzifələrdə işləmiş bu şəxsi demək olar ki, Azərbaycanda cox az adam tanıyırdı... O, azərbaycanlı olmağını demək olar ki, danırdı... Yaxud da bundan utanırdı... Rusiya TV və mətbu orqanlarının birinci şəxslərindən olmasına baxmayaraq, dogma vətəni ücün hec nə etməmişdi... İşlədiyi müddətdə bir nəfər belə azərbaycanlını Rusiya mətbu orqanlarına və ya TV-lərə işə düzəltməmişdi.... Onunla və ondan qat-qat aşağı vəzifələrdə işləyən erməni millətindən olanlar isə bütün TV kanallarını və mətbuat orqanlarını ağzına qədər ermənilərlə doldurmuşdular.... Ona görə də erməni jurnalistəri bu günə qədər Rusiya mətbuat orqanlarında at oynadırlar....Bəli, belə azərbaycanlı şəxsləri unutmaq olmaz... Əksinə,  tanıtmaq lazımdır ki, bizim belə həmvətənlərimiz də olub”.

S.Abasbəylinin sosial şəbəkədəki tənqidi fikirləri bərmənalı qarşılanmayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də