Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məşğulluq Agentliyinin verdiyi qoyunlar xəstə çıxdı - 400 manata rəsmiləşdiriblər


Dövlət Məşğulluq Agentliyinin özünəməşğulluq layihəsi çərçivəsində Cəlilabadda bir qrup şəxsə 20 baş qoyun və bir törədici qoç verilib. 

Vətəndaşlar Agentlik tərəfindən onlara təqdim edilən heyvanlardan narazıdırlar. Belə ki, təqdim edilən heyvanların əksəriyyəti xəstədir.
Fermerlərdən biri iddia edir ki, ona verilən qoyunların bir ədədi üçün dövlət qiyməti olaraq 400 manata imza atdırılıb. Amma qoyunların ikisi təqdim edilən yerdə ölüb. Biri isə halsız vəziyyətdədir. Digər heyvanlar da eyni vəziyətə düşürlər.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylidir.




[media=]


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də