Xalq artisti Arif Babayev səhhətindəki problemlər səbəbindən Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri vəzifəsindən azad olunub.
Onun yerinə xalq artisit Mənsum İbrahimov gətirilib.
Məlumatı saytımıza açıqlamasında muğam ifaçısının özü də təsdiq edib.
“Mən ömrümü yaradıcılıqla yanaşı müəllimliyə həsr etmişəm. 2010-cu ildən Milli Konservatoriyanın professoruyam. Mənim işim gəncləri hazırlamaqdır. Bu gün də o işi davam etdirirəm, yeni vəzifəm də çiynimə böyük məsuliyyət, yük qoydu. Milli Konservatoriyanın rəhbərliyi mənə etimad göstərdi, ustadımız Arif Babayevdən də xeyir-dua almışam”.
O gələcək planlardan da danışıb, əlavə edib ki, bu gün muğamımız inkişaf dövrünü yaşayır:
"Bu işdə bizə ölkəmizin birinci vitse-prezidenti Mehriban xanımın Heydər Əliyev Fondunun təşkilatçılığı ilə çox böyük dəstək, qayğısı var. Azərbaycanın ustad sənətkarları bizim kafedrada çalışır. Bundan sonra mənim məqsədim o ustadlarla, həmkarlarımla muğamımızın inkişafında, yeni nəslin hazırlanmasında gözəl işlər görmək, yeni kadrlar hazırlamaqdır. Operamıza yeni Leylilər, Məcnunlar, muğam ifaçıları hazırlamaq üçün əlimizdən gələni edəcəyik”.