Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu gün Kəlbəcər RİH-nin başçısı Azər Qocayevin doğum günüdür


Qocayev Azər Bəhlul oğlu - 07.09.1985-ci  ildə Sumqayıt şəhərində anadan olmuşdur.

      2007-ci ildə Sumqayıt Dövlət Universitetinin Elektroenergetika fakültəsini bitirmişdir.

      2007-2008-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə 2009-cu ildə “Sumqayıtelektrikşəbəkə” ASC-də nəzarətçi kimi başlayıb.

     2010-2017-ci illər ərzində “Azərenerji” ASC-nin “Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC-nin Sumqayıt Elektrik Şəbəkəsi müəssisəsinin Enerji satışı şöbəsində nəzarətçi və nəzarətçi mühəndis vəzifələrində çalışıb.

     2017-2018-ci illər ərzində “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin Enerji təchizatı və enerji təşkil etmə bölməsinin, 2018-2019-cu illər ərzində “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin rəis müavini vəzifələrində çalışıb.

    2019-2020-ci illər ərzində isə “Azərbaycan Dəmir Yolları” QSC-nin Aparatında Elektrik enerjisinin satışı və istifadəsinin səmərəliyinə nəzarət şöbəsinin rəisi vəzifəsində işləmişdir.

     Azərbaycan Respublikası Prezidentinin 13.05.2020-ci il tarixli sərəncamı ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

      Yeni Azərbaycan Partiyasının üzvüdür.

      Ailəlidir. 2 övladı var.


"Regiontv" Gəncə rəhbərliyi və kollektivi olaraq cənab başçını hörmətli Azər Qocayevi təbrik edir, uzun ömür, can sağlığı arzulayırıq!


Elxan Əhmədli


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də