Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Övlad sahibi olmaq istəyərsinizsə, bu qidaları YEMƏYİN! FOTO




Ana-ata olmaq istəyənlər düyü və şəkərdən uzaq durmalıdır. Sonsuzluq problemi yaşayanlar isə gündə bir yemək qaşığından artıq şəkər istifadə etməməlidir.

Bu barədə Türkiyənin Anadolu Sağlamlıq Mərkəzinin direktoru Aydın Arıcı məlumat verib.

Onun sözlərinə görə, şəkərin səbəb olduğu reproduktiv problemin həlli üçün ən gözəl yol həmin şəxsin şəkərdən imtina etməsidir.

"Düzdür, çox adam şəkərdən imtina etməkdə çətinlik çəkir. Lakin sonsuzluq problemi yaşayanlar xüsusən, kristallaşdırılmış şəkərdən imtina etməli, qənd, ağ un, ağ düyüdən uzaq durmalıdırlar. Sonsuzluq problemi yaşayanlar gündə bir yemək qaşığından artıq şəkər istifadə etməməlidir. Aparılan araşdırmaya görə, gündə bir yemək qaşığı şəkər hər dəfə immuniteti 4 saatlıq geri salır. Azalmış immunitet isə göbələk, bakterial infeksiyalar və cinsi yolla keçən xəstəliklər üçün fürsət yaradır".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də