Rusiyanın Nijni Novqorod vilayətində polis əməkdaşları Semenov şəhərinin Mərkəzi Rayon Xəstəxanasının onkologiya şöbəsinin müdirini saxlayıblar.
Bu barədə NewsNN portalı mənbəyə istinadən məlumat yayıb.
Portal qeyd edir ki, ilkin məlumatlara görə, həkim tabeliyində olanlara xəstələrə bahalı dərmanlar əvəzinə adi su verməyi tapşırmaqda və dərman pulunu özü üçün götürməkdə şübhəli bilinir.
Onkoloqun saxlanmasının görüntüləri internetdə yayımlanıb.
Qeyd edək ki, avqust ayında hüquq-mühafizə orqanlarının əməkdaşları Semenovskaya Mərkəzi Rayon Xəstəxanasının baş iqtisadçısını korrupsiya faktı ilə bağlı saxlayıblar. Yerli KİV-lər rayonda təmir üçün ayrılmış feldşer-mama məntəqələrinin tam olaraq təyinat yerinə çatmadığını bildiriblər.
Mərkəzi Rayon Xəstəxanasının baş iqtisadçısı təcili yardım maşını ilə həbsdən qaçmağa çalışsa da, buna nail ola bilməyib.