Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məktəblərdə dərs saatlarının bölgüsü düzgün deyil - Nazir

Məktəblərdə dərs saatlarının bölgüsü düzgün deyil - Nazir


“Yalnız diaqnostik qiymətləndirmə və ya sertifikasiya balı ilə dərs saatlarının bölgüsü düzgün deyil”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev tədris ili bağlı media üçün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, burada müxtəlif faktorlar həmişə nəzərə alınır:

 

“Bizdən asılı olmayan obyektiv səbəblər var. Bunlardan biri də qalmış mirasdır, yəni 8 sinfi olan məktəbdə 30 müəllim varsa, dərs saatını necə bölürsənsə-böl problem olacaq. Bizim belə məktəblərimiz çoxdur ki, 8 ibtidai sinif var, amma orada 30 ibtidai sinif müəllimi işləyir. O müəllimlərin hansısa birini işdən azad etmək ixtiyarımız yoxdur. Məktəb direktoru həmin müəllimlərə də dərs saatları verməlidir. Amma bu, bəzi hallardadır, bütün sistem belə deyil. Ümumilikdə isə düşünürəm sertifikasiya imtahanları bizə kifayət qədər imkan verəcək ki, bu işi daha yaxşı görək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də