Ukrayna müdafiə nazirinin 3 müavini istefa ərizəsi yazıb.
Bu barədə NEXTA məlumat yayıb.
İstefa verən müavinlər Andriy Şevçenko, Vitali Deyneqa və Volodimir Qovrilovdur.
Qeyd edək ki, bir neçə gün əvvəl Ukraynanın müdafiə naziri Oleksiy Reznikov prezident Volodimir Zelenskinin qərarına uyğun olaraq istefa verib. Onu krımtatar əsilli Rustem Umerov əvəzləməkdədir.