Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Baş Prokurorluğun idarə rəisləri canlı yayımda sualları cavablandıracaq

Baş Prokurorluğun idarə rəisləri canlı yayımda sualları cavablandıracaq


Sentyabrın 8-də saat 11:00-dan saat 12:00-dək Baş Prokurorluğun instaqram sosial şəbəkəsindəki səhifəsində canlı yayım keçiriləcək.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

 Bildirilib ki, canlı yayım zamanı İstintaq idarəsinin rəisi Nemət Əvəzov, Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev, Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi Orxan İsayev, Kadrlar idarəsinin rəisi Natiq Hüseynov və Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev canlı yayıma çıxaraq vətəndaşları maraqlandıran sualları cavablandıracaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də