
Koronavirusa yoluxan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayev sağalıb.
Bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, COVİD-19 virusuna yoluxmuş həkim Cavid Paşayev sağalıb: "O, xəstəliyi çox ağır keçirmişdi. Artıq sağalıb və bu gün evə buraxılacaq. Koronavirus xəstələrinin müalicəsinə göstərdiyi dəstəyə görə birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkürlərimi bildirirəm".
Qeyd edək ki, Cavid Paşayevin səhhəti birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xüsusi nəzarətə götürülmüşdü.