Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiyada Çexiya təyyarələrinin istismarı dayandırıldı - SƏBƏB

Rusiyada Çexiya təyyarələrinin istismarı dayandırıldı - SƏBƏB


Çexiyanın "Aircraft Industries" zavodunun L-410 regional təyyarəsinin istismarı sentyabrın 1-dən Kamçatka ərazisində ehtiyat hissələrinin çatışmazlığı səbəbindən dayandırılıb.

Bu barədə RBC məlumat yayıb. 

Kamçatka rəhbərliyinin nümayəndəsi paralel idxalla bağlı çətinliklərin bu vəziyyətə gətirib çıxardığını izah edərək, dayandırılmanın bəzi komponentlərin və birləşmələrin “ömürünün başa çatması” ilə bağlı olduğunu əlavə edib.

 Bildirilib ki, L-410 model təyyarəsi digər tipli təyyarələrlə əvəz olunacaq. Bununla yanaşı, qeyd edilib ki, rayonun yaşayış məntəqələrinin nəqliyyat əlçatanlığı pozulmayacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də