Bağanis-Ayrım kəndi artıq 31 ilə yaxındır ki, işğal altındadır...
“Birdən Tavuş vilayətindən də ərazilərin və yaşayış yerlərinin Azərbaycana təslim edilməli olduğu ortaya çıxsa, bizim yerimiz səngərdə olacaq”.
İşğalçı Ermənistan nəşrlərinin yaydığı məlumata görə, bu sözləri Erməni Apostol kilsəsinin Tavuş yeparxiyasının yepiskopu Baqrat Qalstanyan söyləyib.
Üzdəniraq erməni keşiş son günlər “Tavuş vilayətindən də ərazilərin və yaşayış yerlərinin Azərbaycana təslim edilməli olması” haqda söz-söhbətlərin bütün erməni din xadimləri və əahlinin narahat olduğunu ifadə edib.
İşğalçı xislətli erməni din xadiminin söz açdığı ərazilər 10 Noyabr razılaşmasına əsasən Qazax rayonunun Azərbaycana qaytarılmalı olan 7 kəndidir.
Xatırladaq ki, Qazax rayonunun işğalda qalan kəndləri bunlardır:
Bağanis Ayrım – 24.03.1990
Xeyrimli – 08.03.1992
Aşağı Əskipara – 12.03.1992
Barxudarlı – 27.04.1992
Sofulu – 27.04.1992
Qızılhacılı - 11.05.1992
Yuxarı Əskipara – 08.06.1992
Göründüyü kimi, Bağanis-Ayrım kəndi artıq 31 ilə yaxındır ki, işğal altındadır.