Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistandan Avropaya getmək istəyənlərin sayı 50% ARTIB

Ermənistandan Avropaya getmək istəyənlərin sayı 50% ARTIB


2018 və 2019-cu illərlə müqayisədə (koronovirus pandemiyasınadək) Ermənistandan Şengen vizası almaq üçün müraciət edənlərin sayı 40-50 faiz artıb.

Viza almaq növbəsi ilə bağlı Joğovurd qəzetində dərc olunan məqalədə bildirilib.

Məlumata əsasən, Ermənistanda Avropa ölkələrinin səfirliklərinin binası qarşısında uzun növbələr yaranır.

 

Qəzetin yazdığına görə, vizanın verilməsində yaranan problemi Ermənistanın Xarici İşlər Nazirliyi 4-5 aydır həll edə bilmir. Nazirlikdən bildirilib ki, vizanın verilməsi “Vyana konvensiyasının konsulluq əlaqələri haqqında” sənədin 5-ci maddəsi ilə tənzimlənir: “Heç bir dövlətin Xarici İşlər Nazirliyi bu məsələyə müdaxilə edə bilməz. Səfirlik viza verərkən öz ölkələrinin qanunlarını əsas tuturlar”.

 

Məlumata görə, bu məsələ cari il martın 23-də Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ohanesyanın İrəvanda akkreditasiya olunmuş diplomatlarla görüşündə də müzakirə olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də