Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qubada ağır qəza - 1 ölü, 2 yaralı

Qubada ağır qəza - 1 ölü, 2 yaralı


Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun İkinci Nügədi kəndi ərazisində qeydə alınıb. "Hyundai" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək, Qaraçay çayına düşüb.

 Qəza nəticəsində maşındakı Göyçay sakini olan qadın sərnişin dünyasını dəyişib. Sürücü və başqa bir sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də