ABŞ-ın keçmiş prezidenti Corc Buş Tbilisidə keçirilən konfransın iştirakçılarına müraciətdə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin vəziyyətinə diqqət çəkib.
Bu barədə "Newsgeorgia" məlumat yayıb.
“Şəxsən mənim tanıdığım üçüncü prezidentinizlə həbsxanada necə rəftar edildiyinə baxdıqca ağrı keçirirəm”, - o qeyd edib.
Buş həmçinin əlavə edib ki, Gürcüstanın ABŞ-da həqiqi dostları var, lakin Gürcüstan hökumətinin demokratiyaya sadiqliyi ilə bağlı suallar var.
ABŞ-ın sabiq prezidentinin sözlərinə görə, Ukraynanın qələbəsi bütün dünyaya böyük təsir göstərəcək, xalqın gücünü və azad yaşamaq hüququnu sübut edəcək və hətta Gürcüstan ərazilərinin 20%-ni işğaldan azad etmək imkanını da aça bilər.