Sentyabrın 1-də saat 23 radələrində Oğuz rayonunun Bayan kənd sakini 1983-cü il təvəllüdlü Nuranə Məsimovanın kəsilmiş-deşilmiş xəsarətlər alması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində qadına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən keçmiş əri, 1972-ci il təvəllüdlü Eyvaz Məmmədov saxlanılıb.
Xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza təyin olunub və faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.