Cəlilabadda saxlanılan narkokuryerlərdən 13 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr aşkarlanıb.
Onlar həmin narkotik vasitələri satışının təşkil olunmasından ötrü paytaxt ərazisinə gətirmək tapşırığı alıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini Bəhruz Hüseynov və Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Cavid Bayramov saxlanılıblar.