Siyəzəndə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə “Beton yol” deyilən ərazidə qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində 37 yaşlı Samit Əliyev və azyaşlı övladı hadisə yerində ölüb, digər ailə üzvləri xəsarət alıb.
Məlumata görə, ailə məktəbli forması almaq üçün Bakıya gəlirmiş.