Bu gün "Trend" İnformasiya Agentliyinin yaranma günüdür.
“Trend”in 28 yaşı tamam olur.
“Trend” İnformasiya Agentliyi 1995-ci ildə yaradılıb.
Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistanda, həmçinin bir sıra Avropa ölkələrində daimi müxbirlərə malik olan "Trend" Azərbaycan dili də daxil olmaqla ümumilikdə 5 dildə xəbərlər istehsal edir.
Agentliyin baş direktoru İlqar Hüseynovdur.
***
Bu gün həm də "Cümhuriyət" qəzetinin 30, Cebhe.info xəbər portalının isə 8 yaşı tamam olur.
"Cümhuriyət" qəzeti və "Cebhe.info" ictimai-siyasi xəbər portalı müxtəlif sahələrdən bəhs edən araşdırma, müsahibə, təhlil, reportaj və müəllif yazıları yayımlanır.
Hər iki media qurumunun baş redaktoru Rəfail Becanovdur.