Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kadırov ABŞ-a müraciət etdi: Anamı "qara siyahı"dan çıxarın!

Kadırov ABŞ-a müraciət etdi: Anamı



Çeçenistanın rəhbəri Ramzan Kadırov ABŞ-dan anası Aymani Kadırovaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyi tələb edib.

 Bu barədə Kadırov özünün teleqram kanalında videomüraciət yayımlayıb.

 O, anasının "yalnız xeyriyyəçilik fəaliyyəti ilə məşğul olduğunu" bildirib və Amerika hakimiyyətinin qərarını "bütün etik normalara saymazlıq" adlandırıb.

 Çeçenistan rəhbəri qeyd edib ki, Birləşmiş Ştatlar öz hərəkətləri ilə cinayət törədir: "Əgər siz anama qarşı sanksiyaları aradan qaldırmasanız, Uca Allaha and olsun ki, mən bunu belə qoymayacaq".

 Xatırladaq ki, avqustun 24-də ABŞ Maliyyə Nazirliyi Aymani Kadırovanı, həmçinin Çeçenistan Ombudsmanı Mansur Soltaev və Respublika Hökumətinin sədri Müslüm Xuçiyevi "qara siyahı"ya salıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də