Xəbər verdiymiz kimi, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan ixtisas seçiminin nəticələri açıqlanıb.
Vətən müharibəsi şəhidi Zeynal Zülfüqarlının xanımı Firuzə Zülfüqarlı da universitetə qəbul olanlar arasındadır.
O, Xəzər Universitetinə qəbul olub.
Şəhidimizin xanımı Riyaziyyat və İnformatika müəllimliyi ixtisasında təhsil alacaq.
Qeyd edək ki, Zeynal Alim oğlu Zülfüqarlı 1995-cı il mayın 31-də Şirvan şəhərində anadan olub. Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil alıb. Sentyabrın 27-də Vətən müharibəsinə yollanıb. Cəbrayıl, Füzuli, Xocavənd və Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Oktyabrın 20-də Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn olunub.