Azərbaycanın ərazisində hər hansı bir qanunsuz ərazinin mövcud olması mümkünsüzdür.
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
"TIR-lar hazırda Ağdam-Xankəndi yolundadır. Gözləməyə davam edir. Ağdam-Xankəndi yolu vasitəsilə istənilən yükün çox qısa müddət ərzində Xankəndinə və ətraf ərazilərə çatdırılması təmin oluna bilər”.