RegionTv.info
Dövlətimizin insan hüquqlarına hörmətlə yanaşması, cəmiyyətdə ictimai məsuliyyət yaradır. Artıq vətəndaş əmindir ki, dövlət onun hüquqlarının etibarlı təminatçısına çevrilib. Məsələn, Azərbaycan polisinin əsas təyinatı və vəzifələrinin hər birini ayrı-ayrılıqda təhlil etsək aydın olur ki, qanunla insanların həyatı, sağlamlığı, hüquq və azadlıqları, qanuni mənafeləri, mülkiyyəti hüquqa zidd əməllərdən qorunur. Azərbaycan vətəndaşı onu da bilir ki, polisin onun hüququna etinasız yanaşması yolverilməzdir. Azərbaycanda bu məsələdə xüsusilə həssas və anlaşılan bir siyasət yürüdülür. Ulu öndərimiz Heydər Əliyev haqlı olaraq qeyd edirdi ki, polis işi böyük məsuliyyət tələb edən peşədir: "Bu peşəyə yiyələnən insan cəmiyyətin və ətrafında olan hər bir fərdin təhlükəsizliyinə cavabdehlik daşımaq, bunun üçün hətta həyatını belə əsirgəməmək məsuliyyətini üzərinə götürür”.
Azərbaycanda polislərin işinə dövlət böyük diqqət ayırıb. Maddi-texniki təhcicatdan tutmuş məvacibə kimi. Vilayət Eyvazov Daxili İşlər naziri təyin olunandan polisin imici müsbət mənada dəyişib.
Ancaq polis sıralarında hələ də məsuliyyətini dərk etməyən, hərəkətləri ilə bütün sistemə ləkə salan insanlar var.
Ağcəbədi rayonundan bu mənada son zamanlar heç də xoş olmayan xəbərlər alırıq.
Konkret olaraq bugünlərdə baş vermiş bir hadisə rayonda olaya çevrilib .
Söhbət cəbhədən yenicə qayıtmış Qarabağ qazisinin yerli şöbəyə aparılaraq saxlanılmasından və ondan pul tələb edilməsindən gedir.
44 günlük müharibə yeni bitib. Vətən müharibəsində iştirak etmiş qazilər ordu sıralarından tərxis olunaraq yavaş-yavaş evlərinə qayıdırlar.
Onların içində Orxan Abışov da var. Hansı ki, müharibənin ilk günündən könüllü kimi orduya qatılıb. Həkim kimi Füzuli və diğər cəbhələrdəki hərbi əməliyyatlarda cəsurcasına iştirak edib. Vətən qarşısında borcunu artıqlaması ilə ödəyib.
Ağcəbədiyə qayıdan qazimizin evinə təbii ki, qohumlar, dost-tanış növbə ilə axışıb, görüşüblər.
Qeyd edək ki, Orxan diş həkimidir. Heydər Əliyev prospektində yerləşən evinin həyətində stomotoloji kabineti də var. Ziyarətinə gələn qohumlardan biri özü ilə dişi ağrıyan kiçik yaşlı uşağını da gətirib.
Evdə görüşəndən sonra qohumu xahiş edib ki, uşağı diş ağrısından qurtarsın. O da uşağın dişinə ağrıkəsici qoyarkən evin həyətinə polislər daxil olub.
Ağcəbədi Polis Şöbəsində İctimai Təhlükəsizliyə nəzarət şöbəsinin rəisi mayor Əliyar Həziyev ondan ya 400 manatı yerində ödəməyi, ya da şöbəyə getməyi tələb edib.
Ağcəbədi rayonundan bu mənada son zamanlar heç də xoş olmayan xəbərlər alırıq.
Mayor isə deyib ki, onun üçün bu dediklərinin əhəmiyyəti yoxdur. Orxan Baxışov şöbəyə gətirilib. Burada onu 5 saat saxlayıblar ki, ya pulu gətirsinlər, ya da buraxılmayacaq.
Nəhayət qohumları gəlib pulu ödədikdən sonra qazini azad ediblər.
Əvvala, cəbhədən gələn qaziyə diqqətlə qulaq asmaq olardı. Ən azı prezidentin çıxışlarına, etdiklərinə nəzər salmaq lazımdır. Axı dövlət başçısı onları daim diqqətdə saxlayıb.
Lap qazimiz karantin qaydalarını pozubsa yerində cəriməsi yazılmalı idi. Özü gedib bankda, poçtda ödəyərdi. Cərimə yazıb təkidlə pul tələb etmək hansı qanunda. Instruktajda yazılıb? Qanunvericiliyin hansı bəndində qeyd edilib?
Qazini evindən tutub aparıb şöbədə saxlamaq, rüşvət tələb etmək biabırçılıqdır. Qanuna belə ciddi riayət edilirsə niyə Ağcəbədidə polisə rüşvət verdiyi iddi edilən iaşə və ticarət obyektləri gizli fəaliyyət göstərə bilir?
Ağcəbədidə hamı bilir ki, karantin dövründə Polis rəisi Ənvər Həsənovla anlaşa bilənlərin hamısının biznes sahələri fəaliyyət göstərə blir.
Və onda qanunun müddəaları yada düşmür.
Bu biabırçı olayla bağlı Baş Prokurorluqdan və Daxili İşlər Nazirliyindən ciddi araşdırma aparılmasını xahiş edirik.
Xəbəri paylaş