Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan sərhədində yeni "TIR şousu" - Bu dəfə təxribatçı Fransadır...

Azərbaycan sərhədində yeni


Son günlər Fransa rəsmilərinin Azərbaycana qarşı təxribatları artıb. Ölkənin prezidenti və xarici işlər naziri Azərbaycana qarşı gülünc və saxta ittihamlarla dolu bəyanatlar səsləndirib.

 

Yerli mətbuatın məlumatına görə, rəmi Paris Qarabağ ermənilərinə yardım üçün BMT Təhlükəsizlik Şurasına yeni qətnamə təqdim etməyə hazırlaşır.  Bundan başqa Paris meri Anna Hidalqonun rəhbərliyi altında bir qrup Fransa rəsmisi Qarabağa guya "humanitar yük" aparmaq üçün 10-a yaxın yük maşını kirayələyib və Azərbaycan-Ermənistan sərhədinə göndərib.

 

Rəsmi Bakı Fransanın bütün təxribatlarına layinqincə cavab verib. "Fransa Prezidentinin leksikonunda “Laçın humanitar dəhlizi” kimi ifadələrə yer verməsi, bu istiqamətdə təzyiq dili ilə danışması qəbuledilməzdir və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdir", - XİN-in məlumatında deyilir.

 

Fransa icazə olmadan Azərbaycan sərhədindən TIR-ların keçə bilməyəcəyini anladığı halda niyə belə bir addım atır? Buna Azərbaycanın cavabı necə olacaq?

 

Məsələ ilə bağlı  danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirib ki, Azərbaycana ərazi bütövlüyü ilə bağlı hər hansı təxribatın baş tutmasına icazə verməyəcək:

 

"Orada, həqiqətən, humanitar problem varsa, Azərbaycan tərəfindən göndərilən TIR-lar qəbul olunmalıydı.  “TIR”lar birmənalı şəkildə həmin əraziyə məhz Ağdam-Xankəndi yolu ilə daxil olmalıdır. Dünən Fransa Prezidenti Emanuel Makron cənab Prezidentə telefon zəngi edib. Telefon danışığı zamanı regionda baş verən hadisələrin müzakirəsi aparılıb. Biz yenə də bildirmişik ki, ərazi bütövlüyü ilə bağlı hər hansı təxribata yol veriilməyəcək. Fransanın indiki yardımda göndərdiyi avtomobillərin üzərində “Artsax” sözü yazılıb. Bu ən böyük təxribat idi. Çünki “Artsax” adında qurum yoxdur. Azərbaycan bunu qəbul etmir. Məhz bu sülh prosesinə ən böyük manelərdən biridir. Düşünürəm ki, BMT TŞ-nin üzvü olan və  vaxtilə ATƏT-in həmsədrliyində iştirak etmiş dövlət belə təxribata əl atmamalıdır".

 

A.Nağıyev vurğulayıb ki, Fransa belə təxribatçı addımları ilə Türkiyə və Rusiyanın regiondakı nüfuzunu azaltmaq istəyir:

 

"Beləliklə Fransa öz nüfuzunu artırmaq istəyir. Onlar orada nə ermənilərin “aclığını” sayır, nə də onların problemləri Fransa üçün maraqlıdır. Onların atdığı bu addımlar siyasi təxribat və şoudur.



Biz Fransaya cavabımız vermişik. Cavab verməyə də davam edirik. Bura bizim öz ərazimizdir və bizimlə razılaşdırılmadan heç bir addım atıla bilməz. Hər bir addım bizimlə razılaşdırılmalıdır".

 

Milli Məclisin digər bir deputatı Nəsib Məhəməliyev söyləyib ki, Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin Qarabağ ermənilərinə un məmulatlarını göndərməsi həm hüquqi, həm də məntiqi baxımdan doğru addımdır:

 

"Son aylar dünya erməniliyi tərəfindən saxta şüarlarla regionda humanitar böhranın baş verməsi, Azərbaycanın Qarabağdakı erməniləri blokadada saxlaması barədə çoxsaylı yalan, böhtan xarakterli təbliğat aparılıb. Bu təbliğatın əsasının olmadığını sübut etmək üçün təbii olaraq Azərbaycan Qırmızı Aypara Cəmiyyəti yardım Xankəndiyə yardımgöndərib. Biz bununla dünya birliyinə göstərdik ki, həqiqətən də, humanitar böhran varsa, buyurun, sizə əlavə yol təklif edirik. Dünya birliyi Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıyır. Biz də Azərbaycan ərazisindən öz vətəndaşlarımıza yardım göndəririk. Yolun bağlanması ilə bağlı yalanı da üzə çıxardıq.  Biz bəyan etdik ki, Ağdam-Xankəndi yolu işləkdir. Biz ermənilərə bu yol vasitəsilə tam şəkildə imkan yaradırıq ki, istənilən yükləri gətirib, aparsınlar".

 

Deputat vurğulayıb ki, Fransa və şəxsən Prezident Makron regionda sülhün yaranmasını istəmir:

 

"Fransa çox gözəl başa düşür ki, Azərbaycan Laçın sərhəd-buraxılış məntəqəsini yaratmaqla, öz dövlət sərhədlərinə nəzarət edir.Beynəlxalq hüquqa əsaslanır. Fransanın da qəbul və etiraf etdiyi kimi bura Azərbaycan dövət sərhədidir. İstənilən dövlət öz sərhədlərini nəzarətə götürmək məcburiyyətindədir. Əks halda çoxsaylı təxribatçılar, separatçılar, revanşistlər, millətçilər həmin yolla Qarabağda separatçılığı yenidən qızışdırmaq üçün orada qalmış hərbçilərin lokasiyasını həyata keçirmək üçün istifadə edirlər. Bu da dövlət təhlükəsizliyimizə təhdiddir. Bunu heç bir ölkə qəbul etməz. Fransa sərhəddən bu “TIR”ların buraxılmayacağını bilə-bilə belə addımı atırsa, demək onun əsas məqsədi təxribat törətmək və beynəlxalq ictimai birliyi Azərbaycan əleyhinə qaldırmaqdır. Fransa, şəxsən Prezident Makron  bölgədə sülhün tam əleyhinə olduğunu göstərir.  Fransa öz geosiyasi maraqlarından çıxış edərək növbəti dəfə erməni xalqını müdafiə edir.  Birinci dünya müharibəsindən sonra necə  erməniləri təhrik edib, sonra onların arxasından qaçmışdısa, indi də tarix təkrarlanır. Fransanın bu hərəkətləri də iflasa uğrayacaq. Azərbaycan 90-cı illərin  əvvəlindəki kimi zəif deyil. Azərbaycan sivil yollarla, beynəlxalq hüquqa söykənərək öz milli maraqlarını müdafiə etmək iqttidarında olan dövlətdir. Fransanın bu cəhdləri,  təxribatları heç bir nəticə verməyəcək".

 

Milli Məclisin deputatı Vüqar İskəndərov isə deyib ki, Fransa öz ampulasındadır:

 

"Makronun hakimiyyətə gəlməsi ilə bu ölkə özünün bütün maskalarını yırtaraq açıq-aydın şərin yanında olduğunu göstərir. İndiyə qədər olan türkəfob, Azərbaycanfob, ümumiyyətlə, islamafob siyasət Makronun hakimiyyətə gəlməsi ilə açıq müstəviyə keçdi. Həm Türkiyə, həm də Azərbaycana qarşı Fransa düşmənçilik siyasəti ilə məşğuldur. Bu ən azı təəssüf doğurur.  Digər məsələ Minsk qrupunun üzvü olan 30 ilə yaxın münaqişəni dondurmağa, yaxud Ermənistanın xeyrinə həll etməyə çalışan Fransa Vətən müharibəsində qazandığımız şanlı zəfərdən sonra  ümumiyyətlə özünə yer tapa bilmir. Hirsindən, hikkəsindən elə qanunlar qəbul edir, elə siyasət yürüdür ki, bu yalnız gələcəkdə lətifələr motivinə çevrilir. Artıq Fransanın  bu istiqamətdə siyasətinə nə fikir verən,  nə də önəm verən var. Çünki bu açıq-aydın hətta ermənidən də betər erməni olmaqdır. Son zamanlar  “TIR” şousuna ilham verən, senarisini yazan da elə rəsmi Parisdir. Erməniləri sülh masasından yandıran da rəsmi Parisdir. “TIR” şousunda cərayan edən hadisələrə baxdıqda, onların  açıq-aydın izləri görünür. Azərbaycan Xankəndidəki  erməni vətəndaşlarına humanitar yardım göndərdiyi bir vaxtda  Fransanın utanmadan, icazə almadan  Azərbaycan ərazisinə “TIR”lar yollamaq istəməsi, cəhd etməsi əlbəttə ki, əvvəla  beynəlxalq hüquq normalarına hörmətsizlikdir. Azərbaycan konstitusiyasına, qanunlarımıza ziddir".

Deputat vurğulayıb ki, Fransa bu dəfə də layiqli cavabını alacaq:

 

"Son 3 ilə yaxın Fransa Azərbaycandan, cənab Prezident tərəfindən tutarlı cavabını alıbsa, bu məsələdə də o cavabı alacaq. Fransanın TIR-lar şousuna qoşulması yalnız özünü dünyada biabır etməkdir. Belə ucuz oyunlara girməklə, onu digər formada göstərəməyə çalışmaqla xarici siyasətdəki qeyri-ciddiliyini göstərir".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də