Bir qrup xarici media orqanının Azərbaycan nümayəndəliklərinin əməkdaşları Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım karvanının dayandığı Ağdam-Xankəndi yoluna gəliblər.
Modern.az “Report”a istinadən xəbər verir ki, onlara Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri tərəfindən məlumat verilir.
Belə ki, “Bloomberg”, “BBC”, “Reuters”, “Gettyimage” kimi aparıcı media orqanlarının Azərbaycandakı nümayəndəliyinin əməkdaşları humanitar yüklər olan TIR-ların dayandığı ərazidə vəziyyətlə tanış olurlar.