Rusiyanın Estoniya ilə sərhədinə yaxın ərazidə yerləşən hərbi bazasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.
Bu barədə Rusiya rəsmilərinə və yerli mətbuata istinadən xəbər verir.
Rusiya rəsmiləri bildiriblər ki, Pskov, Bryansk, Kaluqa, Orlov və Ryazan vilayətlərində, eləcə də Moskvanın ilhaq etdiyi Krım yarımadasında PUA hücumları qeydə alınıb.
TASS informasiya agentliyinin məlumatına görə, Estoniya və Latviya ilə sərhədlərin yaxınlığında yerləşən Pskov vilayətinə hücum zamanı Rusiya ordusuna məxsus dörd İl-76 hərbi nəqliyyat təyyarəsi zədələnib. Onlardan ikisinin yandığı bildirilir.