Xəbər verdiyimiz kimi, ötən gün bir qrup erməni Ağdam - Xankəndi yolunda Rusiya sülhməramlılarına hücum edib.
Modern.az xəbər verir ki, ermənilər sülhməramlıların avtomobilində olan şəxslərdən birinin azərbaycanlı olduıunu iddia edib və ona güc tətbiq ediblər.
Sosial şəbəkələrdə azərbaycanlı olduğu iddia edilən sülhməramlının fotosu və hərbi biletinin fotoları paylaşılıb.
Erməni bloger Mika Badalyan sözügedən şəxsin sülhməramlıların mətbuat xidmətinin fotoqrafı olduğunu bildirib.