Ağ Evin sözçüsü Karine Jen Pyer avqustun 29-da keçirdiyi mətbuat brifinqində "Vaqner " muzdlu şirkətinin təsisçisi Yevgeni Priqojinin ölümünün arxasında Kremlin dayandığını eyham edib, lakin bunu açıq şəkildə söyləməkdən çəkinib.
Bu barədə o, gündəlik mətbuat konfransı zamanı danışıb.
“Biz hamımız bilirik ki, Kremlin öz rəqiblərini öldürmək üzrə uzun tarixi var”, - o qeyd edib.