Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Başçı sarıdan bəxti gətirməyən Lerik - GİLEY


Başçı sarıdan bəxti gətirməyən Lerik - GİLEY
Lerik rayonu, Şingədulan kənd sakini Əbdülov Tofiq Gülağa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, rayon rəhbərliyi qanunu pozaraq, kasıbları yox, əlavə gəlir yerləri olan şəxsləri işlə təmin edir:

"Mən, Əbdülov Tofiq Gülağa oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Deməli, rayon rəhbəri və yerli rəhbərlər də qanunu pozaraq adamı “günahkar” edirlər.

İcra idarəsində xadimə işinə işçini rüşvətlə götürürlər. Dövlət müəssəsini özəlləşdirib, “rüşvət idarəsi” kimi işlədirlər.

İcra başçısının dəfələrlə qəbulunda olmuşam. Dəfələrlə teleqram vurmuşam. Amma heç bir nəticə əldə edə bilməmişəm.

Rayon İcra Hakimiyətinin başçısı Əkbər Abbasovun qəbulunda olarkən söz verdi ki, ədalətli qərar verəcək. Dedi, xadimə işi kimə düşsə, ona da verəcəm. Ancaq kurator Əlipənah Bayramovun dediklərini əsas tutaraq, rüşvət əsasında qanunu pozaraq, işi başqasına, sosial yardım alan şəxsə verdilər. Daha çox ehtiyacı olana, başqa gəliri olmayana vermədilər.

İcra başçısı cavan oğlandır, gələcəyi qabaqda olan şəxs olsa da çox yalancı, sözünün üstündə durmayan bir adamdır. Belə rəhbərlərdən nə gözləmək olar?! Bu məktubumu yazmaqda məqsədim odur ki, bəlkə bu yazı işıqlandırılandan sonra icra başçısı insafa gələr, ədalətli qərarlar verər".

Redaksiyadan: Yazıda adları gedən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də