"Azərsu" ASC 2022-ci ili 180 milyon 514 min manat xalis zərər ilə başa vurub. Şirkət 2021-ci ili 552 milyon 230 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, 2022-ci ildə "Azərsu" şirkətinin xalis zərəri 2021-ci illə müqayisədə 371 milyon 716 min manat və ya 67,3% azalıb.
"Azərsu"da yığılmış zərər 8 milyard manatı ötüb
Sputnik Azərbaycan qurumun 2022-ci il üzrə maliyyə hesabatına istinadla xəbər verir ki, 2022-ci ildə "Azərsu" şirkətinin yığılmış zərəri 8 milyard 36 milyon 200 min manata çatıb. 2021-ci ilin sonunda şirkətin yığılmış zərəri 7 milyard 855 milyon 686 min manat təşkil etmişdi.
"Azərsu" ASC-nin satışdan gəlirləri 2021-ci ildə 262 milyon 947 min manat ikən, 2022-ci ildə 278 milyon 894 min manata yüksəlib.
"Azərsu" 31 dekabr 2022-ci il tarixində 1 milyard 298 milyon 5 min manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 1 milyard 21 milyon 630 min manat cəmi aktivlərə malik idi.
Şirkət ötən ilin sonunda 629 milyon 124 min manat cəmi kapitala malik olub.
Qeyd edək ki, "Azərsu" 100% dövlətə məxsusdur və ölkədə su təchizatı, içməli suyun təchizatı və kanalizasiya xidmətlərinin həyata keçirilməsi sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən təbii inhisarçıdır.
Ekspert qurumun zərərlə işləməsinin səbəblərindən danışıb
Qurumun zərərlə işləməsi ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, ümumiyyətlə, təbii inhisarçı bir qurumun mənfəətli və ya mənfəətsiz işləməsi onun yaxşı və ya pis işləməsi demək deyil: "Məsələn, suyun qiyməti 2-3 dəfə bahalaşsa, biz suyu "Azərsu"dan almayacağıq? Yəni məcburi şəkildə bu suyu alacağıq və qurumun da fəaliyyəti mənfəətli görünəcək".
Onun sözlərinə görə, burada əsas problem korporativ idarəetmə, investisiya layihələrinin düzgün həyata keçirilməməsi, xərclərin düzgün idarə edilməməsi ilə bağlıdır. Yəni burada idarəetmə, investisiya qərarlarının qəbulu, şəffaflıq və s. məsələlər var.
"Suyun qiyməti qalxmayacaq"
Ekspertin fikrincə, suyun qiyməti qalxmayacaq: "Qurumun zərərlə işləməsi hələ ki, suyun qiymətinin qaldırılması üçün əsas deyil".
O bildirib ki, "Azərsu" ASC özəlləşdirilə bilər: "Məsələn, avropada kommunal qurumlar özəldir. Ola bilər qurumu tam özəlləşdirməsinlər, lakin ən azından suyun satış hissəsi özəlləşdirilə bilər".
"Azərsu" Dünya Bankına borcunu bağlayıb
Qeyd edək ki, qurumun maliyyə hesabatına əsasən, "Azərsu" ASC Dünya Bankına borcunu vaxtından əvvəl ödəyib. Ötən ilin sonunda "Azərsu" ASC-nin Dünya Bankına 3 milyon 843 min manat borcu qalmışdısa, 2022-ci ilin sonunda borc olmayıb.
"Azərsu" abonentlərinin sayını 5% artırıb
Bu il iyulun 1-nə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "Azərsu" ASC-nin 1 792 731 abonenti olub. Bu barədə qurumdan bildiriblər.
Bu, ötən il iyulun 1-i ilə müqayisədə 4,5% çoxdur. Abonentlərin 1 721 644-ü (96%) əhali, 71 087-si (4%) isə qeyri-əhali qrupu abunəçiləridir.
Abonent sayında artım yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələrinə qoşulması, yeni tikilmiş fərdi yaşayış evləri sahiblərinin texniki şərt alaraq abonent kimi qeydiyyata düşməsi, eləcə də içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.
Bu il Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb
Qeyd edək ki, 2023-cü il martın 30-da Prezident İlham Əliyev "Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında" Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.
Müəyyən edilib ki, Agentlik Azərbaycan Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təşkilini təmin edən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını, eləcə də bu sahədə xidmətlər göstərilməsini təşkil edən, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, Azərbaycan Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqini aparan, bu sahələrdə vahid dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Suyun qiyməti 2021-ci ildə qaldırılıb
Xatırladaq ki, 2023-cü ilin mart ayında "Azərsu"dan bildiriblər ki, qurum tərəfindən həyata keçirilən içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət edilməyib və belə bir müraciət nəzərdə tutulmur. Hazırda içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli 5 nömrəli qərarı ilə tənzimlənir.
2021-ci ildə Tarif (qiymət) Şurasının iclasında "Azərsu" ASC-nin təklifi əsasında əhali üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinə yenidən baxılıb.
Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin fasiləsizliyinin təmin edilməsi və Səhmdar Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılması üçün bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kub metr üçün 30 qəpik səviyyəsində təsdiq edilib. Qərar 2021-ci il fevralın 1-dən qüvvəyə minib.
Son beş il ərzində Mingəçevir Su Anbarının ehtiyatları 50% azalıb
Əlavə edək ki, hazırda ölkənin 25 milyard kubmetr su ehtiyatı var. Bunun 16,5 milyard kubu yeraltı, 8,5 milyard kubu isə yerüstü sulardır. Son beş il ərzində Mingəçevir Su Anbarının ehtiyatları 50% azalıb. Son 7-8 il ərzində ölkə ərazisində quraqlıq müşahidə edilir. Bu, yağıntıların miqdarının az olması, həmçinin, ölkəyə daxil olan transsərhəd çaylarından suların az axması ilə bağlıdır. Azərbaycanın su ehtiyatlarının 2050-ci ilə kimi 15-20 % azalacağı gözlənilir.