
RegionTV.info xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev deyib.
R.Ağayevin sözlərinə görə, manatın real bahalanması o deməkdir ki, rus və türk istehlkaçıları əvvəlki dövrə aldıqları eyni məhsul səbətini almaq üçün özlərinin milli valyutalarından daha çox xərcləməli olurlar: “Məsələn, türklər 1 əvvəl 100 lirəyə aldığı Azərbaycan məhsuluna 107,5 lirə, ruslar isə 100 rublluq anoloji məhsula 114 rubl xərcləməli olublar. Türkiyədə illik inflyasiya daha yüksək olub - 14.6%. Rusiyada 4.8%, Azərbaycanda 2.8% təşkil edib. Nominal məzənnələrə gəldikdə, il ərzində manat qarşısında lirə 19%-dən bir qədər çox, rubl isə 17%-ə yaxın ucuzlaşıb. Azərbaycanda inflyasiyanın daha aşağı olması hər 2 ticarət partnyorunun nominal məzənnədən əldə etdiyi avantajın bir hissəsini onların əlindən alıb”.