Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xankəndiyə göndərdiyimiz yardımı qəbul etməsələr... - MÜSAHİBƏ

Xankəndiyə göndərdiyimiz yardımı qəbul etməsələr... - MÜSAHİBƏ


Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu gün Bakıdan Xankəndiyə humanitar yardım göndərib. Belə ki, ilkin mərhələ üçün Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün 40 ton un məmulatı yola salınıb. Humanitar yardım marşrutu kimi Ağdam-Xankəndi yolu seçilib.

 Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, deputat Novruz Aslan Qarabağa göndərilən humanitar yardımla bağlı danışıb.


- Qarabağda yaşayan erməniəsilli şəxslər üçün ilk dəfədir Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən belə bir addım atılır. Bu barədə qərara necə gəlindi?
 

- Avqustun 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti İdarəetmə Şurasının qərarına uyğun olaraq bəyanat imzalamışıq. Bəyanatımızın fəlsəfəsi irqindən, dinindən, milliyyətindən asılı olmayaraq hər bir insana yardımçı olmaqdır. Sözügedən bəyanatdan sonra biz bu məsələləri icraya göndərmişik və hazırda humanitar yardımımız yoldadır. İlkin mərhələdə 40 ton un məmulatları yola salınıb. Bu yardımların göndərilməsi üçün Cəmiyyətin rəhbər işçiləri və könüllüləri səfərbər olunublar. Bizim əsas məqsədimiz humanitar yardımları Ağdam-Xankəndi yolu ilə Qarabağın erməniəsilli əhalisinə çatdırmaqdır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də