Naxçıvan Muxtar Respublikasında un idxalından asılılıq azaldılıb.
Buna səbəb yerli buğdadan un istehsalının artırılmasıdır.
Yerli buğdadan un istehsalının artması daxili bazarda unun qiymətinin növbəti dəfə aşağı düşməsinə səbəb olub. Müəssisədə istehsal olunan unun qiyməti 27%-dən çox enib.
Belə ki, 50 kiloqramlıq un 37 manatdan 27 manata düşüb. Qiymətlərin aşağı düşməsi yerli unun satışına da müsbət təsir göstərib.Son 20 gün ərzində 270 tona yaxın un satılıb.
Qeyd edək ki, bu ilin iyul ayında da unun qiymətində endirim olmuşdu. Daxili bazarda çörək istehsalçılarına 50 kiloqram unun 33-34 manata təklif olunduğu nəzərə alınaraq iyulun 17-dən 300 qramlıq çörəyin topdansatış qiymətinin 36 qəpiyə, pərakəndə satış qiyməti isə 40 qəpiyə endirilmişdi.