Bu gün Azərbaycanın qocaman nəşrlərindən olan "Xalq qəzeti"nin 104 yaşı tamam olur.
Qəzet 29 avqust 1919-cu ildə təsis olunub. Əvvəlki adı “Kommunist” olan bu nəşr 27 avqust 1991-ci ildən "Xalq qəzeti” adlanır.
"Xalq qəzeti"nin hazırkı təsisçisi Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsi və qəzetin redaksiya heyətidir.
Qəzetin hazırkı baş redaktoru Əflatun Amaşov 2022-ci ildən mətbu orqana rəhbərlik edir.
regiontv.info baş redaktor Əflatun Amaşovu və "Xalq qəzeti"nin yaradıcı kollektivini təbrik edir.