Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

MƏN ANASIZ YAŞAYA BİLƏRƏM, AMMA VƏTƏNSİZ YAŞAYA BİLMƏRƏM


 Bu sözləri 1994 cü ildə Ağdərə rayonunun azadlığı uğrunda döyüşdə qəhrəmancasına şəhid olan Canəli Cəfər oğlu Nəsirov deyib.Onun doğulduğu ailə ata anasından və  8 uşaqdan ibarət bir ailə idi. Birinci Qarabağ müharibəsinə yollanan Canəli Nəsirov heç bilməzdi ki, onun taleyinə də şərəfli şəhidlik adı yazılıb.O, digərləri kimi siravi əsgər kimi döyüşə yollandı və yaralanıb evə döndü. Evdə özünə rahatlıq tapmayan Canəli yarası tam sağalmamış yenidən döyüş meydanına qayıtdı.Getdi yindən az bir vaxt  keçmiş onun ölüm xəbəri gəldi.Eşidilən acı xəbər hamını sarsıtdı. Və nəhayət tabutda doğma evinə döndü. Hamı ağlayır fəryad edirdi. Heçnə anlamayan yeganə övladı Həzrət Nəsirov yalnız ağlayanlara vaxıb nə üçün ağladığını anlamadan dayanmadan ağlayırdı. Və nəhayət şəhid Canəli Nəsirov digər şəhidlər kimi torpağa tapşırıldı. Amma cavan yaşında vətən üçün canından keçən igidin bu gün  qəbri baxımsız qalıb.Atası Cəfər kişi deyir ki, bununla bağlı dəfələrlə İmişli rayon İcra hakimiyyətinin başçısı Elçin Rzayevə müraciət etməsinə baxmayaraq müraciəti baxımsız qalıb. Əlacsız qalan şəhidin atası adiyyatı qrumlardan kömək istəyir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də