Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

OFİSİANT OLMUŞ ORUC İNDİDƏ QOVLAR ŞƏHƏR İ.Ə.D üzrə NÜMAYƏNDƏSİDİR

   

 Söhbət Tovuz rayon Qovlar şəhər İ.Ə.D-i üzrə nümayəndəsi Oruc Binnətovdan gedir.Bir vaxtlar atası Binnət kişinin Qovlar şəhəri dəmir yol stansiyası ilə üzbə-üz işlətdiyi "ULDUZ" Kafesində xidmətçi işləyən Oruc Binnət oğlu Binnətov sonra Tovuz rayonun sabiq icra başçısı Tofiq Zeynalovun xeyiduası  ilə Qovlar şəhər İ.Ə.D-nin nümayəndəsi təyin edildi. Oruc Binnətovda dövlət qanunların bir kənara qoyub Qovlar şəhərin sabiq icra başçısı Tofiq müəllim Zeynalovun qanunu ilə idarə etməyə başladı. Və bu gündə hımin qanunla da idarə edir.İdarə edir deyəndə elə başa düşməyin ki, Oruc Qovlar şəhərində əməli bir iş görür əsla. Oruc Binnətovu kim axtarırsa onu yalnız  çayxanalarda nərd oynamaqla məşqul olanda tapa bilir. Havadarlarına arxalanan Oruc müəllim üçün dövlət işi o, qədər də əhmiyyət kəsb etmir. Oruc Binnətovdan Qovlar şəhər sakinləri yetərincə şikayətçi olsada Tovuz rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov ona,  gözün üstündə qaşın var deyib, onun haqqında heç bir tədbir görə bilmir. Səbəbidə hamımıza məlumdu. Cəzasızlıqdan   ruhlanan Oruc Qovlar şəhərini istədiyi kimi idarə edir.Oruc müəllimin o, qədər də idarəçiliy qabliyyəti olmasada yuxarıda qeyd etdiyim kimi havadaları Zeynalovlara arxalanaraq  müxtəlif adlar altında dövlət büdcəsini talamaq və nərd oyunamaq qabliyyəti var.Onun bu hərəkəti onu deməyə əsas verir ki, mən Qovlar şəhərini dövlət qanunları ilə  yox, havadarlarımın qanunları ilə idarə edirəm. Başqa heç nəyi demirik. Oruc müəllim səlahiyyətlərindən istifadə edib düz Qovlar şəhərinin mərkəzində və ərazisində  çayxana, yeməkxana adı altında fəaliyyət göstərən fahişəxana yuvalarının  fəaliyyətlərinin dayandırılmasına nail ola bilməz?. Olar. Amma niyə kiminləsə düşmən olmalıdı axı Oruc çox  yaxşı bilir ki, kafelərdə işləyənlırin çörəyi daşdan çıxır. Axı bir vaxtlar indikindən fərqli olaraq o, da Kafe çörəyi yeyib və orda olan ab havanı yaxşı bilir. Necə deyərlər başına gələn başmaqçı olar.Mövzuya qayıdacağıq. 

Mehman Məmmədoğlu.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də