Redaksiyamıza Ağcabədi rayon sakini Bəbişov Fərhad Hilal oğlu müraciət edərək Ağcabədi rayon Kommunal Xidmətlər və Mənzil İstismar İdarəsinin rəisi Səfər Səfərovun Azərbaycan Respublikası qanunlarını saymamasın dan gileylənir. Bəbişov bildirir ki, 2018 ci ilin yanvar ayından 2023 cü ilin may ayına qədər Ağcabədi rayon Kommunal Xidmətlər və Mənzil İstismar İdarəsində məsul vəzifədə işləyib. Bu ilin may ayında səhəttində yaranmış narahatçılığa görə öz ərizəsilə tutduğu vəzifədən azad olub. Bəbişov qeyd edir ki işlədiyim müddət ərzində rəhbərlik tərəfindən heç bir töhmət və adi xəbərdarlıq da almamışam heç məzuniyyətə də mlxmamışam. Yəni həmişə işimin başında olmuşam. Amma Səfər Səfərov dövlətin qanunlarına zidd olaraq, heç bir səbəb göstərmədən mən istifadə etmədiyim məzuniyyətə görə konpensasiya vermək istəmir. Beş il beş aylıq əmək faliyyətimin cəmi bir ilini alsamda yerdə qalan 4 il 5 ay məzuniyyət konpensasiyasın bu günə qədər almamışam. Bununla bağlı dəfələrlə idarənin rəisi Səfər Səfərova müraciət etsəmdə müraciətim nəticəsiz qalıb. F.Bəbişov əlavə olaraq bildirir ki Səfər Səfərov bu hərəkətilə Əmək Məcəlləsinin 140 cı maddəsinin 3 cü və 4 cü bəndlərini kobudcasına pozmuş olur. Bundan başqa müraciət müəlifi bildirir ki, rayonda hamı Səfəri saxtakar, talançı bir məmuru kimi tanıyır.Buna əyani sübut olaraq deyə bilərəm ki,o, indiki işindən əvvəl Ağcabədi rayonun Baş memarı vəzifəsində işləyirdi. İşində yol verdiyi ciddi nöqsanlara görə titduğu vəzifədən azad edildi. Rayonda onun həbsə gedəcəyini gözlədiyi halda icra başçısı tərəfindən ona humanistlik göstərilərək bu post ona həvalə edildi. Cəzasızlıqdan ruhlanan Səfər adəti üzrə bu gündə saxtakar əməllərini davam etdirir.Belək ki idarənin firminni qəbizləri əsasında əhalidən və obyektlərdən hər ay 6000 və 8.000 (altı və səkkiz ) min manat civarında pul yığılır.Təssüflır olsun ki, Ağcabədi rayon Kommunal Xidmətlər və Mənzil İstismar İdarəsinin KAPİTAL BANK A.S.C nin Agcabədi filialında hesablaşma hesabı olsada idarə hesabına toplanmış nəğd pullar nədənsə həmin hesaba köçürülmür, idarə daxilində yığılmış pullar saxta naryadlar tərtib edilərək Səfər və onun havadarları tərəfindən mənimsənilir. F. Bəbişov bildirir ki Səfər rəhbər olduğu idarə tərəfindən dövlət qanunvercliyi nə uyğun olaraq ödənilməli olan konpensasiyanın ödənilmə- məsilə əlaqədar Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovunda qəbulunda olub və məsələ barədə onada məlumat verib. Başçı isə ona maraqlı və məntiqsiz cavab verib. İcra başçısı ona bildirib ki heç mənə də dövlət tərəfindən məzuniyyət haqqı verilmir. Cənab Rafil bəy(bəy ona görə deyirəm ki keçmişi Cəhbəçi olub)sizin bu ödənişə ehtiyacınız yoxdur. Çünki rayonun bütün idarə təşkilatlatı dövlət adı altında (RED:) sizin cibinizə işləyir. Bu səbəbdəndə sizə bu məbləğ tum puluda deyil.Amma Fərhad kimilərinə bir manatda puldur. Səfərin fəaliyyətinə gəlincə ətrafına bir qrup narkotacirləri, dəlduzluğa görə həsb olunub məhkumluğ həyatı yaşayanları və. s-ni yığaraq işləri gücləri dövlər bücdəsini talamaq, "DOST" XİDMƏT M.M.C tərəfindən Ağcabədi rayon Kommunal Xidmətlər və Mənzil İstismar İdarəsinə təkim olmuş Sosial işçilərə fəhlələrə, süpürgəçilərə sizi işdən çıxaracam hədə qorxusu gələrək onlardan pul yığmaqdır. Hətta Bəbişov qeyd edir ki, mən o idarədə çox mətləblərin üstünü açaram amma bilirəm ki sonra fəhlələri incidəcəklər ona görə çox dərinə getmirəm. Nə isə bu idarənin qeyri məqbul fəaliyyəti sadalamaqla bitən deyil. Bir sözlə nə qədər ki bu idarəyə Səfər rəhbərlik edir bu idarəyə və orda işləyənlərə nicat yoxdur. Bəs biz nə vaxt görəcəyik ki, Səfərin və onun ətrafındakıların bəd əməllərinə "DUR" deyən bir dövlət adamı tapıldacaq Yoxsa Səfər zülümü hələ çox davam edəcək. MEHMAN MƏMMƏD OĞLU
Xəbəri paylaş