
Ən qocaman rektor Bakı Musiqi Akademiyasının rektoru 76 yaşlı Xalq artisti, professor Fərhad Bədəlbəylidir. O, 1991-ci ildən bu vəzifədədir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin 70 yaşlı rektoru professor Gülçöhrə Məmmədova 2000-ci ildən bu vəzifədədir.
Azərbaycan Milli Konservatoriyasının rektoru 2001-ci ildən bəri 69 yaşlı professor Siyavuş Kərimidir.
80 yaşlı akademik Urxan Ələkbərov isə 2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektorudur.
Sumqayıt Dövlət Universitetinin 75 yaşlı rektoru Elxan Hüseynov 2014-cü ildən bu vəzifədədir.
Gəncə Dövlət Universitetinin 72 yaşlı rektoru professor Yusif Yusibov da 2014-cü ildən bəri rektordur.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru 2014-cü ildən bəri 61 yaşlı professor Ədalət Muradovdur.
Azərbaycan Tibb Universitetinin 56 yaşlı rektoru professor Gəray Gəraybəyli vəzifə müddəti 10 ilə yaxınlaşanlar sırasındadır. Belə ki, o, 2016-cı ildən rektor kimi çalışır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 63 yaşlı rektoru professor Cəfər Cəfərov da 2016-cı ildən bu vəzifədədir.Pravda.az