Macarıstan potensial olaraq gələn ilin sonuna kimi Avrozonaya qoşulmağa hazır olacaq.
Bu barədə Macarıstanın Maliyyə Şurasının rəhbəri Arpad Kovaç bildirib.
"Macarıstan 2024-cü ilin sonuna qədər Maastrixt kriteriyalarına cavab verə biləcək”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, bu meyarlar 1992-ci il Avropa İttifaqı haqqında müqavilə ilə müəyyən edilib və onlar ölkənin Avrozonaya daxil olması üçün zəruri olan maliyyə-iqtisadi göstəriciləri tənzimləyir.
Macarıstan Maliyyə Şurasının rəhbəri iddia edir ki, gələn ilin yayına qədər ölkədə istehlak qiymətlərinin artımı 3 faizə düşə bilər. Dövlət borcu ÜDM-in 70 faizdən aşağı düşəcək, büdcə kəsiri isə təqribən 2,9 faiz təşkil edəcək.
Onun proqnozuna görə, 2023-cü ildə respublikanın ÜDM artımı təqribən 1 faiz olacaq, lakin artıq 2024-cü ildə 3,5-4 faizə qədər artacaq.
Qeyd edək ki, Avrozona ərazisində avro əsas dövlət valyutasıdır, buraya on yeddi Avropa ölkəsi daxildir.