Egey dənizi sahillərində 4,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə AFAD məlumat yayıb.
Bildirilir ki, zəlzələ Türkiyənin Muğla vilayətinin Datça sahillərində qeydə alınıb.
Dəniz səviyyəsindən 57,6 kilometr dərinlikdə baş verən zəlzələ qısamüddətli panikaya səbəb olub.