Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Buralara bir nəzarət edən varmı: NƏ VERGİ VERİR, NƏ DƏ Kİ... - İTTİHAM VAR!


 

 

 

 

Son 10-15 ildə Azərbaycanda, böyük şəhərlər olan Bakıda, Gəncədə, Sumqayıtda və digər bölgələrimizdə bir-birindən fərqli adlarla yüzlərlə super, mini marketlər yaranır. Sözün düzü, biz bu marketlərin yaranmasını pisləmək fikrində deyilik. Çünki birincisi, bu marketlər pis-yaxşı iş yerləri deməkdir. İkincisi, bu marketlər arasında həqiqi rəqabət mühiti olarsa, bu da qiymətlərin aşağı düşməsinə səbəb olar. Və digər səbəblər. Amma min təəssüf ki, bu marketlər insanlarımız üçün İŞ YERİ-ndən çox, İŞGƏNCƏ YERİNƏ çevrilir.
Vətəndaşlarımız bu marketlərdə gün ərzində 10 saatdan çox işlədilir və verilən əmək haqqı da yetərli olmur. Ən dəhşətlisi odur ki, bu marketlər işçilərlə rəsmi əmək müqaviləsi bağlamır, əmək haqqlarını hissə-hissə nağd verir, işçilərlə bağlı Dövlət Sosial Müdafiə Fonduna köçürmələr olmur, əmək haqqından vergi verilmir və daha hansı cürbəcür qanunsuzluqlar.... Sanki bu ölkədə İqtisadiyyat nazirliyi, Vergi Dövlət Xidməti, Əmək Müfəttişliyi və başqa dövlət qurumları yoxdur.
Yaxşı, 5-10 ildən sonra bu vətəndaşlar təqaüdə, pensiyaya çıxanda necə təqaüd alacaqlar..? Axı bütün bunlar cəmiyyətin altına qoyulmuş gec açılan minalardır ee, cənablar. Vallah bir gün bunun nəticəsini görəcəksiniz...
Sizlərə kim ixtiyar verib vətəndaşları 8 saatdan artıq işlətməyə..? Axı Azərbaycan dövlətinin Beynəlxalq Təşkilatlar qarşısında Əmək Qanunvericiliyi ilə bağlı götürdüyü öhdəliklər var...
Biz hələ belə marketlərin Mühafizə şeflərinin qadınlara, gənc qızlara qarşı pozğun hərəkətlərindən danışmaq istəmirik. Bu tam başqa bir yazının mövzusudur.
Bu marketlərin heç biri öz işçilərinə normal məsuliyyət hüququ vermir. Axı bu insanların istirahət hüquqları var... Sözün düzü, barəsində yazmaq istədiyimiz Sumqayıtdakı "Ordubad" marketin, yəqin ki, meyvə, quru meyvələr satıldığı bir məkan olduğunu düşünürdük. Biz axı həmişə Ordubadı quru meyvələrin məskəni kimi bilmişik. Amma xırda bir araşdırma aparmalı olduq...
Sən demə, "Ordubad" marketin, hətta özünün instaqram səhifəsi, facebook səhifəsi də varmış. https://www.facebook.com/ORDUBAD.market/ Və heç uzaqlara getmədən bu səhifə vasitəsilə xeyli məlumat toplaya bildik.
Deməli, Sumqayıtdakı "Ordubad" marketi 2013-cü ildən fəaliyyət göstərir. "Ordubad" marketinin fəaliyyəti barəsində apardığımız axtarış zamanı bəlli oldu ki, marketin sahibi onların neqativ fəaliyyəti ilə bağlı yazıları saytlardan sildirib, ancaq yazıların başlıqları qalıb. Nə etməli, bu da günümüzün acı reallığıdır...
Amma görünür, "Ordubad" marketin sahibinin başı hara möhkəm qarışıbsa, hətta marketin səhifəsindəki müştəri rəyini silməyə vaxt tapmayıb. Bəli, kimsə Sumqayıtdakı "Ordubad" marketin özünü reklam etməsinə cavab olaraq yazır... Vicdanınız olsun, işçilərin maaşını barı düz-əməlli verin... Zülm edirsiniz satıcılara...
Başqa birisi yazır... Sumqayıtdakı "Ordubad" marketdə xidmət səviyyəsi sıfırdır... Marketə girəndə adamın ürəyi sıxılır.. Hara gəldi mal tökülüb... Adam marketdə BALERİNA kimi gəzir və s. Qoy bu barədə müvafiq qurumlar düşünsün. Bizimki yazmaqdır... //gundelik-baku.com//

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də