Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Alman bayrağı altında YERLİ ÖZBAŞINALIQ... - Buna başqa NƏ AD QOYAQ?




 

 

 

 


Son illər təhsil, səhiyyə və digər sahələrdə nə qədər mənasız layihələrə rast gəldik. Hamısı da sonda iflasa uğrayır. Belə layihələrdən biri də Elxan Yaqubovun 1998-ci ildə Almaniyadan Bakıya gətirdiyi Biloji Təbabət layihəsidir.
Elxan Yaqubov ilk olaraq Almaniyadan bahalı dərmanları gətirib özünün təsis etdiyi “Planeta” MMC-nin apteklərində satmağa başladı. Sonradan isə Azərbaycanda “Bioloji Təbabət” klinikası açdı. Və bu gün bu klinikianın Bakıda, Sumqayıtda, Göyçayda, Masallıda və digər yerlərdə filailları var.
Gəlin ilk öncə görək, Elxan Yaqubovun Almaniyadan ölkəmizə gətirdiyi BİLOJİ TƏBABƏT nədir, onun klassik təbabətdən fərqi nədir..?
Sözün düzü, Bioloji Təbabətin https://btk.az/doctors saytına daxil olub ələk-vələk eləsək də saytda bir normal xəbərə rast gəlmədik.
Təsəvvür edirsiniz saytda hansı bölmənin üzərində vurursansa, BOŞDUR…yazılır. Deməli, saytda HƏKİMLƏR bölməsində yalnız bircə həkimin adı və tərcümeyi-halı var: Nutrisioloq-dietoloq Amaliya Rəhimova... Bəs başqa həkimlərin, bu boyda klinikanın sahibi Elxan Yaqubov haqqında niyə bircə cümləlik məlumat yoxdur..?
Bütün bunları bir kənara qoyaq heç olmasa oxucuya BİOLOJİ TƏBABƏT-in nə olduğu barədə barı 1-2 cümlə ilə məlumat verin dəə... Nə isə özümüz xırda axtarış zamanı müəyyən elədik ki, BİOLOJİ TƏBABƏT klassik təbabətdən fərqli olaraq kimyəvi və sintetik dərmanlardan istifadə eləmir. Sonra xəstəni deyil, xəstəliyi müalicə edir və daha nələr... Bu təbabətin əsası alman alimi H.Rekkeveq tərəfindən qoyulub. Buna görə də bu terapiyanın vətəni Almaniya sayılır. Lakin 50 ildən artıqdır ki, yalnız Almaniyada deyil, Avropanın bir çox ölkələrində, Amerikada, Braziliyada, Kolumbiyada, hətta, Afrika ölkələrinin bəzisində həkimlər biotənzimləyici terapiya üsullarından istifadə edirlər. Keçən əsrin 90-cı illərindən etibarən isə bu təbabətin müalicə üsulları Rusiya, Ukrayna, Qazaxıstan və Baltikyanı ölkələrdə tətbiq olunur. Özlüyündə Elxan Yaqubovun bu fəaliyyəti təqdirəlayiqdir. Amma.... Əmması odur ki, bu adamın avazı yaxşı gəlsə də, əməlləri düz gəlmir...
Belə ki, əslən Göyçay rayonundan olan Elxan Yaqubov rayon səhiyyə şöbəsi, Rayon Mərkəzi Xəstəxanası ilə gizli sövdələşmələr edir. Elxan Yaqubov öz müsahibəsində müasir tibbi avadanlıqlardan danışır, hətta deyir ki, bu başqa klinikalarda yoxdur.
Birincisi ondan başlayaq ki, Elxan Yaqubov deyir ki, böyük pullar xərcləyib xaricdən ən müasir tibbi aparatlar gətirmişik. Əgər belədirsə, niyə..?
Bəli, Səhiyyə Nazirliyinin dövlət vəsaiti hesabına alıb Göyçay Mərkəzi Xəstəxanasına verdiyi ən bahalı müayinə aparatları nə üçün “Bioloji Təbabət Klinikası”na aparılıb..? Bəs deyirsən xaricdən baha qiymətə almışıq, cənab Elxan Yaqubov..? Sizə məxsus “Planeta” apteklər şəbəkəsində nələr satılmır, cənab Elxan Yaqubov..?
Yeri gəlmişkən, Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalov Səhiyyə Nazirliyinin rayona verdiyi bahalı tibbi avadanlıqları dostu Elxan Yaqubovun “Bioloji Təbabət Klinikası”na bağışlayıb.
Deməli, dövlət vəsaiti hesabına alınan tibbi avadanlıqları Elxan Yaqubov pullu xidmətə yönəldib. Budur sizin ölkəyə gətirmək istədiyiniz müasir tibbi xidmət, cənab Yaqubov..?
Yeri gəlmişkən, Göyçayın baş həkimi Elçin Bilalov vaxtilə “Bioloji Təbabət” xəstəxanasında dərman alveri edirmiş. İndi isə saytlarda oxuyuruq: “Bütün peşəkar kadrlar Bioloji Təbabət Klinikasını tərk edir”….
Başqa bir xəbərə nəzər salaq: Bir müddət əvvəl klinikanın stomatoloqu Cəfər Fərzəliyev pasienti Sevil Ağamirovanın dişində yanlış əməliyyat aparmışdı. Xəstə buna etiraz etdikdə isə həkim onu təhqir edərək klinikadan qovmuşdu.... Ona görə, yazının girişində yazdıq ki, Azərbaycana gətirilən ən mütərəqqi layihələr sonda İFLASA uğrayır. Biz hələ Bioloji Təbabət Klinikasının sahibi Elxan Yaqubovun adının ölüm işində hallanmasından bəhs eləmədik. Bu başqa bir yazının mövzusudur. //gundelik-baku.com//

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də