Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yollarda qayda pozuntuları ilə bağlı "whatsapp" nömrəsi yaradıldı



Baş Dövlət Yol Polisi İdarəsi qayda pozuntuları ilə bağlı yenilik edib.

Vətəndaşlar bundan sonra yolda qarşılaşdıqları qayda pozuntuları ilə bağlı idarə tərəfindən yaradılmış "whatsapp" nömrəsinə foto və ya video göndərə bilərlər.

“Sosial şəbəkələrdə sizlərdən gələn çoxsaylı müraciətlər nəzərə alınaraq tərəfimizdən yeni "whatsapp" nömrəsi yaradıldı. Artıq Siz də yollarda qarşılaşdığınız və qeydə aldığınız yol hərəkəti qayda pozuntularına dair video və foto görüntüləri bu nömrəyə göndərə bilər, yollarda ictimai nəzarətin həyata keçirilməsində iştirak edə bilərsiniz.

Məqsəd yollarda təhlükəsizliyin təmin edilməsi, qəzaların qarşısının alınması və sürücü intizamının yüksəldilməsidir.

Xahiş edirik nəzərə alasınız ki, "whatsapp" nömrəsi yalnız foto və video göndərilməsi üçün nəzərdə tutulub.

Whatsapp nömrəsi - 050-800-09-02”, - deyə DYP İdarəsinin məlumatında deyilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də